Kasıblar varlılardan daha çox insult  keçirirlər
07 noyabr 2025 15:30 (UTC +04:00)

Kasıblar varlılardan daha çox insult keçirirlər

0

Tasmaniya Universitetinin alimləri müəyyən ediblər ki, aşağı sosial-iqtisadi təbəqəyə aid insanlar varlı təbəqələrə nisbətən 33 faiz daha çox insult keçirirlər.

Lent.az xəbər verir ki, bu araşdırmanın nəticələri "Journal of Stroke and Cerebrovascular Diseases" elmi jurnalında dərc olunub.

Araşdırmaçılar 2007–2020-ci illər arasında Tasmaniya əhalisinin xəstəxanaya yerləşdirilmə və ölüm göstəricilərini əhatə edən tibbi məlumatları təhlil ediblər. Nəticələr göstərib ki, insult və digər damar xəstəliklərinin riski birbaşa sosial vəziyyətlə bağlıdır.

Mütəxəssislərin sözlərinə görə, aşağı gəlirli insanlar arasında hipertoniya, ürək-damar xəstəlikləri, şəkərli diabet və maddələr mübadiləsi pozğunluqları daha çox müşahidə olunur. Bu qrupda həmçinin həzm və immun sisteminə aid xəstəliklər, bəzən isə gənc yaşda onkoloji problemlər də daha tez-tez qeydə alınır.

Alimlər qeyd edirlər ki, bu fərqin əsas səbəblərindən biri səhiyyə xidmətlərinə və profilaktik proqramlara məhdud çıxışdır.

Onların fikrincə, tibbi xidmətlərə bərabər imkanların yaradılması və sosial cəhətdən həssas qruplar arasında maarifləndirmə və profilaktika tədbirlərinin artırılması, insult və digər ürək-damar xəstəliklərindən ölüm hallarını əldəolunan səviyyədə azalda bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar