Noyabrın 7-dən HONOR X9d smartfonunun Azərbaycanda rəsmi satışı başlayıb. Bu model rekord göstəriciyə malik 8300 mAh silikon-karbon batareyası ilə təchiz edilmiş möhkəm cihazdır.
HONOR X9d qabaqcıl texnologiyaları, gücləndirilmiş korpusu, yüksək qoruma sistemi və gündəlik istifadə üçün ağıllı funksiyaları özündə birləşdirir.
HONOR X9d bazarda ən etibarlı smartfonlardan biridir. O, “SGS Triple Resistant Premium Performance” üçqat qoruma sertifikatına və “SGS 5-Star Comprehensive Reliability” dəyərləndirməsinə malikdir ki, bu da onun zərbələrə, suya və toza qarşı dayanıqlılığını təsdiqləyir. HONOR Ultra-Bounce Anti-Drop texnologiyası və yeni ultrasərtləşdirilmiş şüşə sayəsində cihaz 2,5 metr hündürlükdən düşmələrə davamlıdır.
Suya və toza qarşı qoruma sistemi “Water Resistance Structure 2.0” IP68+IP69K standartlarına tam cavab verir. Bu, cihazın soyuq və isti suda və hətta yüksək təzyiq şəraitində belə işləməsini təmin edir. “AI Touch Enhancement” sistemi yağışda və ya əlcək taxıldıqda belə toxunuş dəqiqliyini artırır.
8300 mAh güclü batareya sayəsində tam şarj ilə smartfonu üç günə qədər işlətmək mümkündür. 66 Vt HONOR SuperCharge texnologiyası isə cihazın enerjisini qısa zamanda bərpa etməyə imkan verir. Smartfon altı il istifadə olunduqdan sonra belə tutumunun 80%-ni qoruyur. -30°C-dən +55°C-yə qədər olan temperatur şəraitində sabit işləyir.
108 MP əsas kamera, 1/1,67 düymlük böyük sensor və OIS+EIS sabitləşdirmə sistemi ilə istənilən işıq şəraitində aydın və parlaq kadrlar çəkməyə imkan verir. İstifadəçilər üçün AI silgi (AI Eraser), AI şəkil keyfiyyətinin artırılması (AI Upscale), və əksin silinməsi (AI Reflection Removal) kimi ağıllı redaktə alətləri də mövcuddur.
6,79 düymlük AMOLED ekran 1.5K təsvir ölçüsü, 120 Hz yenilənmə tezliyi və 6000 nit pik parlaqlıq səviyyəsi ilə möhtəşəm görüntü keyfiyyəti təqdim edir. HONOR Eye-Comfort texnologiyası və 3840 Hz PWM sayəsində isə gözləriniz qorunma altındadır.
Smartfon Snapdragon 6 Gen 4 prosessoru ilə yüksək performansı təmin edir və Android 15 MagicOS 9.0 əməliyyat sistemi ilə təchiz olunub. 8+256 GB və 12+256 GB yaddaş konfiqurasiyaları mövcuddur, həmçinin HONOR RAM Turbo texnologiyası sayəsində tətbiqlərin işləməsi daha hamar və sürətli olur.
HONOR X9d aşağıdakı rənglərdə təqdim olunur: Qırmızımtıl Qəhvəyi, Gecəyarı Qarası və Meşə Yaşılı. Modeli İrşad, Soliton, Kontakt Home, Smart Electronics, Digital Home, Barkod, World Telecom, ByTelecom, Birmarket mağazalarından və Azercell, Bakcell və Nar rəsmi dilerlərindən əldə edə bilərsiniz.
Qiymət — 8+256 GB versiyası üçün 799,99 AZN, 12+256 GB versiyası üçün isə 899,99 AZN.
7 noyabr – 31 dekabr tarixləri arasında alınan smartfonlara əlavə ekran zəmanəti təklif olunur. Təklifə alışdan sonra altı ay ərzində ekranın təmiri və ya bir dəfə dəyişdirilməsi xidməti daxildir.







