Məşhur televiziya ulduzu Kim Kardaşyan yeni bir bölümdə verdiyi açıqlama ilə pərəstişkarlarını təəccübləndirib.
Lent.az xəbər verir ki, Kardaşyan kiminsə onu öldürmək üçün plan qurduğunu öyrəndiyini açıqlayıb.
"Həbsxanada mənə dedilər ki, kimsə mənim sui-qəsd əmrimi verib", - deyə o bildirib.
Kardaşyan güclü stress səbəbilə kiçik beyin anevrizması keçirdiyini açıqlayıb.
"Cedars-Sinai Xəstəxanasında bir neçə beyin müayinəsindən keçməli oldum. Sağlamlıq hər şeydən vacibdir. Etdiyiniz hər şeydə diqqətli olmalısınız", - deyə məşhur əlavə edib.