Qadın ərinin üzərinə qaynar yağ töküb  öldürdü
06 noyabr 2025 20:42 (UTC +04:00)

Qadın ərinin üzərinə qaynar yağ töküb öldürdü

0

Qaynar yağı ərinin üzərinə tökərək onu öldürüb.

Lent.az xəbər verir ki, hadisə Türkiyənin Üsküdar ərazisində baş verib. 44 yaşlı iki uşaq anası Zeynəb G. 53 yaşlı həyat yoldaşı Sinan G. ilə mübahisə edib. Hadisədən sonra Sinan G. yataq otağına keçərək yatıb. Zeynep G. mətbəxdə qızdırdığı yağı götürərək yatmış ərinin üzərinə töküb. Nəticədə ciddi yanıq xəsarətləri alan Sinan G. xəstəxanaya aparılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq 13 gün sonra dünyasını dəyişib.

Həbs edilən Zeynəb G.  ifadəsində həyat yoldaşının uzun müddətdir içki aludəçisi olduğunu və ona fiziki şiddət göstəriyini bildirib. Məhkəmə Zeynəb G. barəsində həbs qərarı çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar