ABŞ Konqresinə haker hücumu - Bu məlumatlar ələ keçirildi
07 noyabr 2025 05:05 (UTC +04:00)

ABŞ Konqresinə haker hücumu - Bu məlumatlar ələ keçirildi

0

ABŞ Konqresinin Büdcə İdarəsi xaricdən qaynaqlandığı güman edilən kiberhücuma məruz qalıb.

Lent.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Mənbələrinə görə, hakerlər Konqres tərəfindən qanunvericilik layihəsi hazırlanarkən istifadə edilən əsas maliyyə məlumatlarına icazəsiz giriş əldə etmiş ola bilərlər.

Hücum son günlərdə aşkar edilib. Qəzetin məlumatına görə, ABŞ rəsmiləri məlumatların Vaşinqtonun rəqib hesab etdiyi ölkələrin hökumətlərinə sızdırıla biləcəyinə inanırlar.

Qeyd edək ki, Büdcə İdarəsi ABŞ Konqresində ona iqtisadi məlumatlar, qiymətləndirmələr və proqnozlar təqdim edən federal agentlikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar