Bu avtomobil bir şarjla 2327 km yol qət edərək  rekord qırdı
08 noyabr 2025 03:36 (UTC +04:00)

Bu avtomobil bir şarjla 2327 km yol qət edərək rekord qırdı

0

Çinin avtomobil nəhəngi FAW, “Hongqi HS6 PHEV” modelinin tam şarjla və dolu yanacaq çəni ilə ən uzun məsafə qət edən şarj edilə bilən hibrid SUV kimi Ginnesin Dünya rekordunu qırdığını elan edib.

Lent.az xəbər verir ki, avtomobil 30 oktyabrda Şanqri-Ladan yola çıxaraq Kunminq, Bayse və Vuçjou kimi şəhərlərdən keçib və 3 noyabrda Quanqjou şəhərinə çatıb. Ümumi məsafə 2.327 kilometr olub.

Hələ bazara çıxmayan “Hongqi HS6 PHEV” modelinin ön satışına Çində 15 noyabrda başlanacaq.

Model 110 kVt (148 a.g.) güc və 225 Nm fırlanma anı istehsal edən 1.5 litrlik turbo mühərriklə təchiz edilib. Mühərrikin istilik (termal) səmərəliliyi 45,21% olaraq göstərilir.

Model həm iki, həm də dörd çəkişli versiyalarda təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar