Danimarka hökuməti 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyi planlaşdırır.
Lent.az xəbər verir ki, bu barədə “Reuters” rəqəmsal texnologiya naziri Karolin Steyc Olsenə istinadən məlumat yayıb.
"Sosial media uşaqlarımızın vaxtını, uşaqlığını və rifahını oğurlamaqla inkişaf edir və biz indi buna son qoyacağıq", - Steyc Olsen deyib.
Məlumatda valideynlərin 13 yaşdan kiçik uşaqların müəyyən platformalara daxil olmasına icazə verə biləcəyi bildirilir.
Qadağa Baş nazir Mette Frederiksenin uşaqların əqli sağlamlığı ilə bağlı narahatlıqlar səbəbilə məhdudiyyət çağırışından sonra qoyulub.
Danimarka hökumətinin məlumatına görə, gənclər arasında ən populyar sosial media platformaları “Snapchat”, “YouTube”, “Instagram” və TikTok-dur.