Pişiklərini satan polis  tüfəng alıb 2 nəfəri öldürdü - Dəhşətli QƏTLİAM
08 noyabr 2025 10:26 (UTC +04:00)

Pişiklərini satan polis tüfəng alıb 2 nəfəri öldürdü - Dəhşətli QƏTLİAM

0

Türkiyədə keçmiş polis kənd kafesində 2 nəfəri öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Zonguldak rayonunun Coburlar kəndində baş verib.

32 yaşlı Okan Özcan kənd kafesinə gələrək tüfənglə insanlara atəş açıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Araşdırma zamanı məlum olub ki, qatil bir neçə gün əvvəl cins pişiklərini sataraq, özünə tüfəng alıb. Cinayətkar ifadəsində yaşadığı kənddə əxlaqsızlıqla məşğul olunduğunu bildirib. Onun sözlərinə görə, bəzi kəndlilər evləri və obyektləri əxlaqsızlıq yuvası kimi istifadə edir. Lakin kənd muxtarı isə bu iddianı rədd edərək, təəssüfləndiyini bildirib.

Digər tərəfdən məlum olub ki, psixoloji problemlərinə görə Okan Özcan 13 il işlədiyi polis orqanından çıxarılıb.

Hazırda cinayətkar saxlanılıb və məhkəmə qərarı ilə həbs olunub. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar