“Real”ın hücumçusu Vinisius Junior komandadan ayrıla bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, 25 yaşlı braziliyalı futbolçunun müqaviləsinin uzadılması ilə bağlı danışıqlar dalana dirənib və hazırda irəliləyiş müşahidə olunmur. Məlumata görə, “Real” futbolçunu 150 milyon avro dəyərində qiymətləndirir və onu bu məbləğdən ucuz satmaq niyyətində deyil.
Vinisius isə artıq karyerasını davam etdirmək üçün digər variantları nəzərdən keçirməyə başlayıb. Əgər Madrid klubundan ayrılmağa qərar versə, onun üçün əsas istiqamət İngiltərə Premyer Liqası olacaq: futbolçu yüksək səviyyədə çıxış etməyə davam etmək istəyir və Səudiyyə Ərəbistanı Peşəkar Liqasına keçmək fikrində deyil. Daha əvvəl “Mançester Yunayted”in Vinisius Juniorla maraqlandığı bildirilib.
Cari mövsümdə Vinisius klub səviyyəsində 14 oyunda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.