Azərbaycanlı döyüşçü  Braziliyada döyüşdən İMTİNA ETDİ
25 sentyabr 2025 11:13 (UTC +04:00)

Azərbaycanlı döyüşçü Braziliyada döyüşdən İMTİNA ETDİ

0

12 oktyabrda Rio-de-Janeyroda keçiriləcək UFC Fight Night 261 turnirində gecənin əsas döyüşündə braziliyalı, yüngül çəki dərəcəsinin sabiq çempionu Çarls Oliveira və azərbaycanlı döyüşçü Rafael Fiziyev üz-üzə gəlməli idilər.

Lent.az xəbər verir ki, Fiziyevin zədə səbəbindən turnirdən çəkildiyi məlum olub.

Yüngül çəki dərəcəsinin reytinqində 10-cu pillədə olan döyüşçü bu qərarını şərh edib və aldığı zədə barədə ətraflı məlumat verib:

“Çoxları məndən soruşur ki, nə baş verdi və niyə döyüşə çıxmayacam?. Mən yenidən dizimi zədələdim, amma əməliyyata ehtiyac yoxdur. Buna baxmayaraq, özümü 100% gücə sala, məşq edə, güləşə və sparrinqlərə çıxa bilmirəm. İndi mənə döyüşə qayıtmazdan əvvəl bərpa üçün bir neçə ay lazımdır”, – Fiziyev sosial şəbəkələrdə paylaşıb.

Azərbaycanlı idmançının əvəzinə Çarls Oliveira ilə divizionun reytinqində 8-ci pillədə olan polyak Mateuş Qamrot döyüşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar