Batareya udan 9 yaşlı uşağın bağırsağı deşildi - AZƏRBAYCANDA
25 sentyabr 2025 09:29 (UTC +04:00)

Batareya udan 9 yaşlı uşağın bağırsağı deşildi - AZƏRBAYCANDA

0

Sentyabrın 11-də 9 yaşlı uşağın qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədən hərarətinin yüksəlməsi şikayətləri ilə valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

Lent.az-a KTM-dən bildirilib ki, valideynlə aparılan söhbət zamanı məlum olub ki, uşaq autizm spektr pozuntusundan əziyyət çəkir, yad cisim udma vərdişi var və 3–4 gün əvvəl batareya və maqnit qırıqları udub. Aparılan rentgenoloji müayinədə qarın boşluğunun proyeksiyasında bir nöqtədə cəmlənmiş çoxsaylı rentgenokontrast yad cisimlər aşkarlanıb və cərrahi əməliyyat qərarı verilib.

Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevin rəhbərliyi ilə uşaq cərrahları Ramin Bayramov və Binnət Sofuyev tərəfindən qarın boşluğunun təftişi (bağırsaq ilgəklərində çoxsaylı perforasiya-deşilmə aşkarlanıb), bağırsağın iki hissədən rezeksiyası və anastomazların qoyulması (bağırsaqların uc-uca tikilməsi) əməliyyatı icra olunub. 

Uğurlu cərrahi müdaxilə və 14 günlük stasionar müalicələrdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilib, ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 702

Oxşar yazılar