Nənəsinin başını kəsib top kimi oynatdı
25 sentyabr 2025 12:40 (UTC +04:00)

Nənəsinin başını kəsib top kimi oynatdı

0

Cənubi Afrikanın Durban şəhərində 32 yaşlı Tabo Nzimande reabilitasiya mərkəzindən çıxaraq 80 yaşlı nənəsinin başını kəsib.

Lent.az xarici mediaya istinadla bildirir ki, kişi əvvəlcə yaşlı qohumuna çoxsaylı bıçaq zərbələri endirib sonra başını kəsib. Nənəsinin başını da futbol topu kimi təpikləyib.

Qeyd olunur ki, qadının cəsədi hadisə yerində tapılıb və Tabо ertəsi gün həbs olunub. 

Saxlanılarkən onun üstündə qanlı paltarlar olub. Kişi qohumları ilə danışmağa və hərəkətlərini izah etməyə cəhd göstərib.

Zərərçəkənin qızı deyib ki, nənə həmişə nəvəsinə dəstək olub, ona paltar alıb və təhsil haqqını ödəyib. Onların arasında münaqişə narkotik testinin nəticəsinə görə yaranıb. Məlumata görə, naməlum səs eşidən və psixozdan əziyyət çəkən Tabo reabilitasiya mərkəzində müalicə olunurmuş.

Müttəhimin əvvəlki vəkili onun ziddiyyətli ifadələrinə görə işlə bağlı fəaliyyətini dayandırıb, lakin məhkəmə prosesi davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 510

Oxşar yazılar