Rüşvətxor polis rəisi  həbs olundu
25 sentyabr 2025 13:53 (UTC +04:00)

Rüşvətxor polis rəisi həbs olundu

0

Rusiyanın Krasnoyarsk şəhərində cinayət axtarış şöbəsinin rəisi xidməti məlumatları satdığına görə məhkum edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmə polisi külli miqdarda rüşvət almaqda təqsirli bilib.

İstintaq müəyyən edib ki, 2021–2022-ci illərdə polis əməkdaşı tanış sahibkara 598 nəfər barədə məhdud girişli şəxsi məlumatları – məhkumluqlar və inzibati xətalarla bağlı məlumatları ötürüb. Bu məlumatları o, tutduğu vəzifəyə görə giriş imkanı olduğu DİN bazalarından əldə edib və hər bir şəxs üçün 500 rubl olmaqla ümumilikdə 299 min rubl (təxminən 6081 manat) məbləğində qeyri-qanuni pul qarşılığında təqdim edib.

Təqsirləndirilən şəxs öz günahını tam etiraf edib. Məhkəmə onu 5 il müddətinə ciddi rejimli islah müəssisəsində azadlıqdan məhrum etməyə və 598 min rubl (təxminən 12 min 163 manat) məbləğində cəriməyə məhkum edib. Həmçinin onun aldığı rüşvət də müsadirə olunub.

Bundan əlavə, ona hüquq-mühafizə orqanlarında vəzifə tutmaq qadağan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar