Ana və iki oğlu barışıq üçün  getdikləri evdə öldürüldülər
25 sentyabr 2025 15:38 (UTC +04:00)

Ana və iki oğlu barışıq üçün getdikləri evdə öldürüldülər

0

Türkiyədə ana və iki oğlu öldürülüblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Vanın Gürpınar qəsəbəsində baş verib.

70 yaşlı ana Bülbül Özcan, iki oğlu 50 yaşlı Sinan və 45 yaşlı Osman Özcanlar barışmaq üçün ədavətli olduqları Aslan ailəsinin evinə gediblər. Lakin burada onlar silahlı hücuma məruz qalıblar. Nəticədə hər üçün güllə yarası alıb. Hadisə yerinə gələn həkimlər ana və iki oğlunun da öldüklərini müəyyən ediblər.

Polis hadisə ilə bağlı Aslan ailəsindən 4 nəfəri saxlayıb. Araşdırma aparılır.

Sinan Özcan

Osman Özcan

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 570

Oxşar yazılar