Valideynlər tətil zamanı 2 aylıq körpəni öldürdülər
25 sentyabr 2025 17:34 (UTC +04:00)

Valideynlər tətil zamanı 2 aylıq körpəni öldürdülər

0

Yunanıstanda tətil zamanı valideynlər təsadüfən 2 aylıq körpələrini öldürüblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, valideynlər körpələri ilə birlikdə Krit adasında istirahət edirmişlər. Finlandiyadan olan körpə bu həftənin əvvəlində Xaniyaya yaxın Kalyves sahil kəndindəki otel otağında ölü halda tapılıb.

Hadisə yerinə dərhal təcili yardım xidmətləri – polis əməkdaşları, təcili yardım işçiləri və məhkəmə-tibbi ekspert cəlb olunub.

Yerlı koronerin ilkin nəticələrinə görə, ölümün səbəbi boğulma ola bilər. Araşdırılan versiyalardan biri odur ki, valideynlər uşaqları yatarkən onu “təsadüfən boğublar”.

Valideynlər baş verənlərə görə dəhşətə gəlib və hadisə yerindəcə həbs olunublar. Onlar dindirildikdən sonra sərbəst buraxılıblar.

Hər iki valideyn toksikoloji testdən keçib və gözlənilir ki, məhkəmə qərarı ərəfəsində prokuror qarşısına çıxacaqlar. Yunan polisi təsdiqləyib ki, valideynlərə qarşı səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan adam öldürmə ittihamı irəli sürülə bilər, çünki hazırkı sübutlar hadisənin qəsdən törədildiyini göstərmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar