Bakıda 17 minlik mal-qara  oğurlandı
25 sentyabr 2025 11:53 (UTC +04:00)

Bakıda 17 minlik mal-qara oğurlandı

0

Bakının Xəzər rayonunda iri və xırdabuynuzlu mal-qara oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon sakini polisə müraciət edərək 17000 manat dəyərində mal-qarasının evinin həyətindən oğurlanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən N.Novruzov saxlanılıb.

Abşeron rayonunda isə mağazaların birindən 1616 manatlıq tütün məmulatını talamaqda şübhəli bilinən X.Qasımov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar