İsrail Qəzzanı VURDU:  14 nəfər öldü
25 sentyabr 2025 06:24 (UTC +04:00)

İsrail Qəzzanı VURDU: 14 nəfər öldü

0

İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 14 nəfər həlak olub.

Lent.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Fələstin anklavının mərkəzi hissəsində yerləşən Zuveyda şəhərində evə hücum nəticəsində 11 nəfər həlak olub.

Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yaşayış binasının atəşə tutulması nəticəsində daha 3 nəfər ölüb.

Hücumlar zamanı bir neçə nəfər yaralanıb, lakin onların sayı açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar