"Avtoş"luq edib Tiktok-da paylaşmışdı, saxlanıldı - VİDEO
25 sentyabr 2025 11:18 (UTC +04:00)

"Avtoş"luq edib Tiktok-da paylaşmışdı, saxlanıldı - VİDEO

0

Salyanda avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Lent.az xəbər verir ki, rayon sakini Ə.Hökümalıyev idarə etdiyi “VAZ” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Hökümalıyevin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar