Rusiyanın Petropavlovsk-Kamçatsk bölgəsində ayı qadını parçalayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu gün səhər saatlarında ayı hücumuna məruz qalan qadın ölüb.
Yırtıcı qadına məktəbin yaxınlığında hücum edib. O, qadının başını yaralayıb və qoluna zədə yetirib. Yerli sakinlər təcili yardım çağırıblar. Zərərçəkmiş skalpirasiya olunmuş yara ilə xəstəxanaya çatdırılıb və bir müddət reanimasiyada qalıb.
Mənbələrin məlumatına görə, ayı güllələnib. Şəhərin küçələrində mütəxəssislər tərəfindən patrul xidməti aparılır. Vilayət Səhiyyə Nazirliyi isə həlak olan qadının yaxınlarına başsağlığı verib.