Yuxuda qəlyan  çəkmək nə deməkdir?
25 sentyabr 2025 09:39 (UTC +04:00)

Yuxuda qəlyan çəkmək nə deməkdir?

0

Yuxuda qəlyan çəkmək, əlinizi atdığınız hər bir işdə uğur qazanacağınıza, külli miqdarda qazanc əldə edəcəyinizə işarədir. Həm iş, həm də ailə həyatınızdakı problemlərdən qurtulub, xoşbəxt günlər keçirəcəksiniz. Gələcəyinizin açıq, pulunuzun və mövqeyinizin artacağı gözlənilir. Arzularınız və istəkləriniz bir-bir gerçəkləşəcək.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də qəlyandır.

Bəs, yuxuda qəlyan görmək hansı mənaya gəlir? 

Lent.az yuxuda qəlyan görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Yuxuda qəlyan çəkmək nədir? 

Yuxuda qəlyan çəkmək, dini baxımdan böyük maddi qazanc əldə edəcəyinizə və var-dövlət sahibi olacağınıza işarədir. Xəstəliklər sağalacaq, atılan addımlar sayəsində səs-küyə səbəb olacaq işlər görüləcək. İş yoldaşlarından biri ilə mübahisə yarana bilər, lakin daha çox gəlir əldə edərək yaşayış standartlarınızı yüksəldəcəksiniz. Şən, xoşbəxt bir dövr sizi gözləyir. Kədəriniz sevincə, narahatlığınız isə rahatlığa çevriləcək.

Yuxuda qəlyan görmək nədir?

Yuxuda qəlyan görmək, yaxşı əlamət sayılmır. Yuxu sahibinin doğru yoldan azacağına, pis insanlara yaxınlaşacağına, çatışmazlıqlarının və qüsurlarının getdikcə artacağına işarədir. İnsan yaxşı xasiyyətini və gözəl əxlaqını tərk edəcək. Bu səbəbdən həm xoşagəlməz hadisələr yaşayacaq, həm də cəmiyyətdə adı ləkələnəcək. Yozumlara görə, yuxu sahibinin xarakteri dəyişəcək, o yaxşı qəlbli insan yox olacaq, yerinə isə sevdiklərini kədərləndirəcək və təəccübləndirəcək başqa bir insan gələcək.

Yuxuda qəlyan çəkən birini görmək nədir?

Yuxuda qəlyan çəkən birini görmək, yuxu sahibinin şəxsi həyatında müəyyən qərarlar alacağına və ona yanlışlıq edən insanları həyatından çıxaracağına işarədir. İnsan onu ələ saldığını düşündüyü bəzi şəxslərlə bütün əlaqələrini kəsməyə qərar verəcək.

Yuxuda qəlyan tüstüsü görmək nədir?

Yuxuda qəlyan tüstüsü görmək, yuxu sahibinin yaşadığı problemlərin onu məğlub edə bilməyəcəyinə, əksinə, insanın o problemləri aşmağı bacaracağına dəlalət edir. Yuxu sahibi inancı və qətiyyəti sayəsində çətin günləri geridə qoyacaq.

Yuxuda qəlyan almaq nədir?

Bir şəxs yuxuda qəlyan aldığını görsə, bu yuxu onun karyerasının yüksələcəyinə, cəmiyyətdəki dəyərinin artacağına və uğurları sayəsində adının hər yerdə duyulacağına yozulur.

Yuxuda qəlyan (pipo) görmək nədir?

Yuxuda qəlyan (pipo) görmək, var-dövləti ilə öyünən, dəbdəbəli həyat sürən, özünü göstərməyi və maddi gücü ilə ön plana çıxmağı sevən, göstəriş düşkünü olan birinin varlığına işarədi
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar