Okeanlar elə bir nəhəngi gizlədir ki, onun səsi yüzlərlə kilometr uzaqlığa yayılır və hətta dənizin dərinliklərini belə titrədir. Bu nəhəng – kaşalot heyvanlar aləmində ən gurultulu səsin sahibidir və alimləri gücü ilə heyran qoyur.
Lent.az bu heyvanla bağlı maraqlı məlumatları təqdim edir:
Kaşalotun “səsi” nə qədər güclüdür?
Kaşalotlar suyun altında 230 desibel gücündə kliklər (xırıltılı səslər) çıxarır. Bu göstərici reaktiv mühərrikin səsinə bərabərdir. Bu kliklər 800 kilometr məsafəyə qədər yayıla bilir bu, heyvanlar aləmində qeydə alınmış ən güclü səs dalğalarından biridir. Səslər kaşalotun başında yerləşən xüsusi spermaset orqanı vasitəsilə yaradılır. Bu orqan akustik dalğaları fokuslayır və onları inanılmaz dərəcədə güclü edir.
Səsin funksiyalar
Echolokasiya və ov: Kaşalotlar dənizin 3 km dərinliyində nəhəng kalmarları ovlayarkən bu kliklərdən istifadə edirlər. Səs dalğaları ovunu həm aşkar edir, həm də onu iflic edərək ov prosesini asanlaşdırır.
Ünsiyyət: Kliklər həm də ünsiyyət vasitəsidir kaşalotlar bir-birlərinə siqnal göndərərək qrup hərəkətlərini koordinasiya edirlər.
Enerji qənaəti: Alimlərin müşahidələrinə görə, kaşalotlar kliklərin intensivliyini tənzimləyə bilir, bu isə enerjiyə qənaət etməyə və müxtəlif mühitlərə uyğunlaşmağa imkan verir.
İnsan üçün təhlükə
Alimlər xəbərdarlıq edir ki, kaşalotun səsini yaxın məsafədən eşitmək insanın eşitmə qabiliyyətinə zərər verə bilər. Bu kliklər su altında toxumalar üçün təhlükəli təzyiq yarada bilir. Kaşalotun güclü səsi elm üçün böyük maraq doğurur. Onların akustik sistemləri üzərində aparılan araşdırmalar yeni echolokasiya texnologiyalarının yaradılmasına ilham verir. Okeanın bu səsli nəhəngi həm təbiətin qüdrətini, həm də hələ tam açılmamış okean sirlərini xatırladır.