Üç qızı qaçırdılar: Tiktokda canlı yayımda zorlayıb  öldürdülər - VİDEO
25 sentyabr 2025 17:05 (UTC +04:00)

Üç qızı qaçırdılar: Tiktokda canlı yayımda zorlayıb öldürdülər - VİDEO

0

Argentinada 3 qız narkotik karteli tərəfindən qaçırılaraq, canlı yayımda öldürülüblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə paytaxt Buenos-Ayresdə baş verib.

Ən gənci 15, digərləri 20 və 21 yaşlarında olan 3 qız narkotik satışı ilə məşğul olan cinayətkar dəstə tərəfindən oğurlanıb. Onlar Tiktokda canlı yayım açaraq, qızları əvvəlcə zorlayıb, sonra isə işgəncə ilə öldürüblər.

İzləyicilərdən biri qızlardan birinin dəstəyə məxsus 4 kilo kokaini oğurladığını yazıb. Dəstə üzvləri həmçinin bir qızın barmaqlarını kəsib. Bir qız başına keçirilən torba ilə boğularaq öldürülüb. Digərini isə qabırğalarını qıraraq, həyatına son qoyublar.

Hadisə ilə bağlı dəstənin 4 üzvü tutulub. Məlum olub ki, dəstə lideri Peru vətəndaşıdır və Argentinanı tərk edib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 656

Oxşar yazılar