Nikola Sarkozi həbs olundu
25 sentyabr 2025 15:23 (UTC +04:00)

Nikola Sarkozi həbs olundu

0

Paris məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozini 5 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, məhkəmə onu 2007-ci il seçkiqabağı kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə təqsirli bilib.

İstintaqın versiyasına görə, Sarkozi 2005-ci ildə Liviyanın o vaxtkı lideri Muammar Qəddafi ilə razılığa gələrək beynəlxalq arenada siyasi dəstək müqabilində seçki kampaniyası üçün maliyyə vəsaiti alıb.

Keçmiş prezident korrupsiya, kampaniyanın qanunsuz maliyyələşdirilməsi və Liviyaya məxsus dövlət vəsaitlərini gizlətməkdə ittiham olunurdu. Sarkozi dəfələrlə bildirib ki, ittihamlar mötəbər sübutlara əsaslanmır.

Qəddafidən mümkün pul köçürmələri barədə məlumat ilk dəfə 2011-ci ildə, Liviya liderinin oğlu Seyf əl-İslam “Euronews” telekanalına müsahibəsində ortaya çıxmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar