Göygöldə ər və arvadı maşın vurdu
19 oktyabr 2025 09:09 (UTC +04:00)

Göygöldə ər və arvadı maşın vurdu

0

Göygöldə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən veriyi xəbərə görə, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1950-ci il təvəllüdlü N.Mirzəyevi və onun həyat yoldaşını vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar