Poqba bu klubla danışıqlar aparır
29 aprel 2025 19:20 (UTC +04:00)

Poqba bu klubla danışıqlar aparır

Fransa millisinin keçmiş yarımmüdafiəçisi Pol Poqba MLS klubunun maraq dairəsinə düşüb. 

Lent.az bildirir "The Athletic"in xəbərinə görə, 32 yaşlı futbolçu "Di Si Yunayted”lə danışıqlar aparır. 

Mənbənin sözlərinə görə, Amerika klubu liqada digər komandalar arasında prioritet hüquqlara malikdir və artıq futbolçu ilə danışıqlara başlayıb.

Poqba dopinqə görə diskvalifikasiya edilib və indi azad agentdir. Polun son rəsmi oyunu 2023-cü ilin sentyabrında olub.

"Di Si Yunayted” MLS Şərq Konfransının turnir cədvəlində 13-cü yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340

Oxşar yazılar