Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi "Barselona"ya qayıtmaq istəmir.
Lent.az xəbər verir ki, forvard Kataloniya klubunun rəhbərliyi ilə münasibətləri çətin olduğundan "blauqrana" ilə heç bir əlaqəsi olmaq istəmir. Hələlik Messi komandanın forması ilə mümkün şərəf oyununda iştirak etməyi belə planlaşdırmır.
Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. Bu müddət ərzində 835 oyun keçirib, 709 qol vurub. O, “Barselona” ilə dörd dəfə Çempionlar Liqasının, 2022-ci ildə Argentina millisi ilə Dünya Kubokunun, iki dəfə Amerika Kubokunun qalibi olub və səkkiz dəfə “Qızıl top”u qazanıb.