Final oyununda futbolçular stadionu rinqə çevirdi - VİDEO
29 aprel 2025 16:18 (UTC +04:00)

Final oyununda futbolçular stadionu rinqə çevirdi - VİDEO

Türkiyədə futbol qarşılaşmasından sonra kütləvi dava olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bilecik şəhərindəki stadionda baş verib.

U18 Türkiyə çempionatı oyunlarında Kayseri şəhərini təmsil edən “Tankspor” İstanbulu təmsil edən Şirintepespor”la final oyununa çıxıb. “Tankspor” 1-0 rəqibini məğlub edərək çempion olub.

Oyun bitəndən sonra rəqib futbolçuların sözlü davası əlbəyaxa davaya çevrilib. Onlardan əlavə klubların texniki heyəti də döyüşə qatılıb və nəticədə futbol stadionu döyüş rinqinə dönüb.

Görüntüləri təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar