Keçmiş nazir yeni nazirlə EVLƏNDİ
29 aprel 2025 15:36 (UTC +04:00)

Keçmiş nazir yeni nazirlə EVLƏNDİ

Almaniyada keçmiş iqtisadiyyat və müdafiə naziri 53 yaşlı Karl-Teodor zu Quttenberq ilə İqtisadiyyat Nazirliyinin yeni rəhbəri 51 yaşlı Katerina Reyxin evləndiyi məlum olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, cütlüyün vəkili Kristian Şerz, onların uzunmüddətli münasibətdə olduğunu təsdiqləyib və şəxsi həyatlarına hörmətlə yanaşmağa çağırıb.

Vaxtilə Almaniyanın ən görkəmli simalarından biri olan Karl-Teodor zu Quttenberq 2011-ci ildə plagiat qalmaqalı ilə böyük siyasəti tərk edib. Keçmiş həyat yoldaşı Stefani ilə birlikdə onlar "Alman Kennediləri" sayılıblar, lakin 2023-cü ildə cütlük boşandıqlarını açıqlayıb. Keçmiş nazir hazırda məsləhətçi, prodüser və kitab müəllifi kimi fəaliyyət göstərir.

Bu birlik təkcə tərəfdaşların statusuna görə deyil, həm də siyasətdə və biznesdə əhəmiyyətli təsirə malik olduğu üçün diqqəti cəlb edir. Toyla bağlı təfərrüatlar və ya cütlüyün gələcək planları hələlik açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878

Oxşar yazılar