ABŞ administrasiyası Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasında irəliləyiş əldə olunmadığı təqdirdə, vasitəçilik rolundan imtina etməyi planlaşdırır.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Təmmi Brüüs brifinqdə məlumat verib.
"Bu yaxınlarda dövlət katibi Marko Rubionun mənə dediyi bir şeyi sizinlə bölüşə bilərəm. Hazırda biz elə bir mərhələdəyik ki, hər iki tərəf münaqişəyə necə son qoymaq barədə konkret təkliflər təqdim etməlidir. Bundan sonra necə davam edəcəyimiz ABŞ Prezidenti Donald Trampın qərarına bağlıdır. Əgər irəliləyiş olmazsa, biz bu prosesdə vasitəçi rolundan çəkiləcəyik", – diplomat bildirib.