Kardaşyanı qarət edən quldur qəfil öldü
29 aprel 2025 12:06 (UTC +04:00)

Kardaşyanı qarət edən quldur qəfil öldü

Parisdə Kim Kardaşyanın qarət edilməsində əsas şübhəli bilinən şəxs qəfil ölüb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, uzun illər davam edən istintaqın nəticəsində 4 cinayətkar aprelin 28-də məhkəmə qarşısına çıxmalı idi. Lakin onlardan biri, 72 yaşlı Marso Baum-Qaertner dünyasını dəyişib. Son aylar o, qrupunun digər üzvlərindən hədələr alıb.

Maraqlıdır ki, digər quldurlar Parisdə dinc yaşayıb və mütəmadi olaraq polisə məlumat veriblər. Ölən quldur Baum-Gertner, Kanye Uestin məşhur iri brilyant nişan üzüyünün də daxil olduğu Kardaşyanın oğurlanmış zinət əşyalarına satmaqda şübhəli bilinirdi.

Müstəntiqlər onun dünya mafiyası ilə əlaqəsi olduğuna da inanıblar. O, cinayətkar kimi tanınıb və dəfələrlə oğurluq və saxtakarlığa görə həbs olunub.

Bundan əlavə, aradan keçən illərdə təkcə Baum-Gertner deyil, quldurluğun daha bir iştirakçısı da dünyasını dəyişib. Üçüncü quldur səhhətinə görə səriştəsiz elan edilib - onun artıq 80 yaşı var.

Xatırladaq ki, bloggerə hücum 2016-cı il oktyabrın 3-də baş verib. Həmin gecə Kim öz otağında tək qalıb. Onun mühafizəçisi bacısı Kortni ilə kluba gedib. Özlərini polis işçisi kimi təqdim edən cinayətkarlar onu qapını açmağa məcbur ediblər. Daha sonra quldurlar içəri girib onu yerə yıxıb bağlayıblar.

Quldurlar tez bir zamanda təxminən 10 milyon avro dəyərində zinət əşyaları yığaraq yoxa çıxıblar. Bu soyğunçuluq son 20 ilin ən böyük oğurluqlarından biri olub.

Quldurlar oğurluqdan üç ay sonra həbs olunublar. Onların əksəriyyəti “baba quldurlar” ləqəbli qocalar idilər. Onlardan biri, Yunis Abbas nəinki etdiyi hərəkətdən peşman deyil, həm də “Kim Kardaşyanı qarət etdim” adlı kitab yazıb və orada cəmi 7 dəqiqəyə yaxın davam edən cinayətin təfərrüatlarını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar