Ramos “Santyaqo Bernabeu”da konsert vermək  istəyir
13 sentyabr 2025 15:47 (UTC +04:00)

Ramos “Santyaqo Bernabeu”da konsert vermək istəyir

0

“Real”ın keçmiş müdafiəçisi Serxio Ramos Madrid klubunun ev stadionu “Santyaqo Bernabeu”da konsert verməyi arzulayır.

Lent.az xəbər verir ki, keçmiş futbolçu arzusunu belə ifadə edib:

“Ümid edirəm ki, sabah mənim “Santyaqo Bernabeu”da konsert elan etmək imkanım olacaq, amma bunu addım-addım etmək lazımdır. “Sibeles” mahnısını dörd il əvvəl “Real”dan ayrıldığım zaman bəstələmişdim. Musiqi mənim həyat tərzimdir, o, bütün karyeram boyu mənimlə olub”.

Avqustun sonunda 39 yaşlı ispan futbolçu ilk trekinin anonsunu edib. Mahnı “Sibeles” adını alıb. Bu ad “Real” azarkeşlərinin klubun qələbələrini qeyd etdiyi Madrid fəvvarəsinin şərəfinə seçilib.

Ramos 2002–2021-ci illərdə “Real” klubunda oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar