"Apple"ın bazar dəyəri 4 trilyon dolları  keçdi
29 oktyabr 2025 05:05 (UTC +04:00)

"Apple"ın bazar dəyəri 4 trilyon dolları keçdi

0

ABŞ-nin "Apple" şirkəti tarixdə ilk dəfə bazar dəyərini 4 trilyon dollara çatdırıb.

Lent.az  xəbər verir ki, bunu "Nasdaq" birjasının məlumatları təsdiq edir.

Belə ki, ticarət sessiyası ərzində "iPhone" istehsalçısının səhmləri 0.33% bahalaşaraq 269.71 dollara çatıb. Bununla da, şirkətin bazar kapitallaşması 4.001 trilyon dollar olub.

Beləliklə də, "Apple" digər ABŞ şirkətləri "Nvidia" və "Microsoft"dan sonra bazar dəyərini 4 trilyon dollara çatdıran üçüncü şirkət olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 456

Oxşar yazılar