Gəncədə 32 yaşlı kişi bıçaqlandı
29 oktyabr 2025 08:07 (UTC +04:00)

Gəncədə 32 yaşlı kişi bıçaqlandı

0

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 1993-cü il təvəllüdlü D. Nəbiyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib, bıçaq yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar