"Hyundai" traktora çırpıldı - Yaralılar var
13 sentyabr 2025 21:14 (UTC +04:00)

"Hyundai" traktora çırpıldı - Yaralılar var

0

Ağdamda "Hyundai" markalı minik avtomobili traktora çırpılıb.

Lent.az xəbər verir ki, hadisə Bərdə-Ağdam magistral yolunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərdən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13.09.2025-ci il tarixində saat 18:30 radələrində 3 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən pasiyentlərdən 1-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar