Günəşin aktivliyi sıfıra düşdü  - Astronomlar narahatdır
31 oktyabr 2025 04:50 (UTC +04:00)

Günəşin aktivliyi sıfıra düşdü - Astronomlar narahatdır

0

Rusiyalı astronomlar Günəşin ilin əvvəlindən bəri ilk dəfə aktivliyinin sıfıra düşməsindən narahatdırlar.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu "Telegram" kanalında məlumat yayıb.

Elmi təriflərə görə, partlayış aktivliyi indeksinin sıfıra düşməsi o deməkdir ki, son iki gün ərzində Günəşin Yerə doğru baxan tərəfində heç bir partlayış baş verməyib. Əks tərəfdəki hadisələr isə günəş partlayışlarının kataloquna daxil edilmir, çünki onları dəqiq ölçmək mümkün deyil.

Bildirilir ki, 2025-ci ilin əvvəlindən bəri bir neçə dəfə çoxgünlük güclü partlayışlar müşahidə edilib ki, bunlar da bir-iki gün sonra həftələrlə davam edən "ölü mövsümlərlə" əvəz olunub. Bu vəziyyət alimlərin trendləri dəqiq müəyyən etməsini və müvafiq proqnozlar hazırlamasını çətinləşdirir.

Alimlər hesab edirlər ki, belə hadisələr ulduzun müəyyən vaxtdan sonra boşalacaq enerji topladığına dəlalət edə bilər. Bu, son 20 ilin ən güclü maqnit qasırğası ola bilər.

Qeyd etmək lazımdır ki, indeks istənilən halda bir neçə gün ərzində yüksələcək. Proqnozlara görə, Günəşin əks tərəfindən Yerə artıq yeni iri aktivlik mərkəzləri istiqamətlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 506

Oxşar yazılar