Dimitar Berbatov transfer üçün qaçırılıb  - o, dəhşətli epizodun TƏFƏRRÜATLARI
31 oktyabr 2025 10:14 (UTC +04:00)

Dimitar Berbatov transfer üçün qaçırılıb - o, dəhşətli epizodun TƏFƏRRÜATLARI

0

Dimitar Berbatov bu yaxınlarda Rio Ferdinandın podkastında çıxış edərək həyatından dəhşətli bir epizodu paylaşıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu, Dimitarın 18 yaşında Sofiyanın OMİK komandasında oynadığı zaman baş verib. Komanda yoldaşı ona onunla birlikdə bir dostunu ziyarət etməyə getməyi təklif edib. Berbatovun sözlərinə görə, bu, məşhur mafioz Georgi İliyevin adamı olub.

"Əlbəttə, mən bir az sadəlövh idim. Yaxud da bəlkə də eyni komandada oynadığımız üçün ona etibar edirdim. Ona görə də onun maşınına mindim. O, məni restorana apardı. Bir masada bir oğlan oturmuşdu. Arxasındakı digər üç masada isə iri, tipik Balkan oğlanları oturmuşdu və onlar qorxunc görünürdülər", - o vurğulayıb.

"Məni ora gətirən şəxs 'Bura gəl, otur" kimi bir şey dedi. Mən orada oturub düşünürəm ki, "Nə baş verir? Nə baş verir? Atama zəng etməliyəm, atama zəng etməliyəm", - o davam edib.

"Səni komandamıza istəyirik. Səni götürməliyik". Mən də dedim: "Bəli, amma mən Sofiya OMİK-ində oynayıram. Oranı bəyənirəm".

O dedi: "Bunu biz həll edərik. Narahat olma". 

Orada iki-üç saat oturdum və nəhayət, atama zəng etməyimə icazə verdilər", - Dimitar davam edib.

"Düşündüm ki, 'Bu sondur. Məni döyə bilərlər, yoxsa...”

Görünür, onlar bu hədə-qorxudan heç vaxt yararlana bilməyiblər, çünki OMİK Sofiyadan sonra Berbatov 2001-ci ildə Leverkuzenin “Bayer” klubuna keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 920

Oxşar yazılar