Bakıda maşından külli miqdarda pul  oğurlandı
13 sentyabr 2025 14:32 (UTC +04:00)

Bakıda maşından külli miqdarda pul oğurlandı

0

Bakıda oğurluq hadisələri baş verib.

DİN-dən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayonu Bakıxanov qəsəbəsində bir nəfərə məxsus avtomobildən içərisində 5200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 43 yaşlı M.Tağıyev saxlanılıb.

Abşeron rayonunda isə evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyası talamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Kürdəmir rayon sakini 42 yaşlı İ.Rüstəmzadə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar