Son illərin avtomobil bazarı göstərir ki, işlənmiş maşınlar yeni avtomobillərdən heç də az etibarlı deyil, hətta bəzən xidmət müddətinə görə onları üstələyə bilər. Artıq 320 min kilometrdən çox resursa malik avtomobil axtarışı maliyyə planlaşdırmasının bir hissəsinə çevrilib və bu şəraitdə mütəxəssislər sınanmış modellərə üstünlük verməyi məsləhət görürlər.
Lent.az xəbər verir ki, analitikləri ən azı 10 model ili olan iki milyondan çox avtomobili araşdıraraq müəyyən ediblər ki, bəzi modellər müntəzəm texniki qulluq edildiyi halda 394 mindən 477 min kilometrədək məsafə qət edə bilirlər.
“Toyota Sequoia” - 477 000 km
Reytinqdə ən uzunömürlü SUV. “Sequoia” möhkəmlik və etibarlılığın birləşməsi sayəsində liderdir.
“Toyota Land Cruiser” - 451 000 km
İllərdir möhkəmliyini sübut edən əfsanəvi yolsuzluq avtomobili. Hətta böyük yürüşdən sonra da “Land Cruiser” etibarlılığını saxlayır və təcrübəli sürücülər tərəfindən cəsarətlə seçilir.
“Chevrolet Suburban” - 426 000 km
Ən dözümlü iri SUV-lardan biridir. Tədqiqat nəticələrinə görə, “Suburban” “Ford Expedition”, “Dodge Durango” və “Jeep Wagoneer” kimi rəqiblərini qabaqlayır.
“Toyota Tundra” - 412 000 km
Pikaplar adətən ağır şəraitdə işləyir, amma “Tundra” xüsusi etibarlılığı ilə seçilir və 400 min km-dən çox məsafəni problemsiz qət edir.
“GMC Yukon XL” - 406 000 km
Sahiblərinə 20 ildən çox xidmət edə bilən iri SUV. Elektronika və avadanlıqda ara-sıra nasazlıqlar olsa da, mühərrik və transmissiya son dərəcə dözümlüdür.
“Toyota Prius” - 403 000 km
Qənaətcillik və uzunömürlülüyün simvoluna çevrilmiş hibrid. Batareyası aşınmaya qarşı yüksək davamlılıq göstərir və “Prius” kompakt avtomobillər arasında etibarlılıq reytinqlərinin zirvəsindədir.
“Chevrolet Tahoe” - 403 000 km
“Tahoe” yürüşü “udmaq” bacarığı və ümumi resurs baxımından rəqiblərini qabaqlaması ilə tanınır.
“Honda Ridgeline” - 400 000 km
Pikap və minik avtomobilinin xüsusiyyətlərini birləşdirən universal seçim. Düzgün qulluq edildikdə 480 min km-ə qədər qət edə bilər.
“Toyota Avalon” - 395 000 km
İstehsalı 2022-ci ildə dayandırılsa da, “Avalon” hələ də uzunömürlü avtomobillər siyahısına daxildir. Onun resursu ən azı on il istismar imkanı verir.
“Toyota Highlander Hybrid” - 394 000 km
Üçsıralı, yüksək etibarlılığa malik krossover. Orta resursu 390 min km-dən çoxdur, texniki xidmət xərcləri isə münasib səviyyədə qalır.