Həkim ər-arvadın meyitlərini 30 il dondurucuda  saxladı
13 sentyabr 2025 12:11 (UTC +04:00)

Həkim ər-arvadın meyitlərini 30 il dondurucuda saxladı

0

Finlandiyada polis şəxsi evdə 30 il ərzində dondurucuda saxlanılmış ər-arvadın cəsədlərini aşkar edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ritual xidmətlərlə məşğul olan 80 yaşlı həkim hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Son bir neçə ayda kişinin şübhəli davranışı polisin marağına səbəb olub.

Həkimin evində axtarış zamanı 1994 və 1995-ci illərdə vəfat etmiş ər-arvadın cəsədlərinin saxlandığı dondurucular aşkar edilib. Əslində onların dəfn olunması nəzərdə tutulsa da, bu baş verməyib.

“İki nəfərin cəsədi Turku şəhərində şəxsi evin anbarında yerləşən dondurucuda saxlanılıb. Mərhumlar axtarış zamanı iki ayrı dondurucuda tapılıb”, – deyə detektivlər açıqlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar