Lənkəran şəhərinin böyük bir hissəsi işıqsız qalıb.
Lent.az xəbər verir ki, hazırda Lənkəran şəhərində müşahidə olunan güclü yağışlı hava şəraiti nəticəsində elektrik enerjisinin verilişində bir sıra texniki nasazlıqlar baş verib.
Belə ki, 1-ci və 2-ci mikrorayon ərazilərində yerləşən transformatorlardan biri partlayaraq sıradan çıxıb. Nəticədə həmin ərazilər, eləcə də “Raypo”, “Su-8” adlanan ərazilər işıqsız qalıb.
Qəza əsasən "10-cu xətt" adlanan enerji təchizatı xəttində baş verib.
Əlaqədar qurumlar problemin aradan qaldırılması üçün tədbirlər görür.