Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.
FHN-dən Lent.az-a verilən xəbərə görə, yanğın nəticəsində ümumi sahəsi 400kv.m. olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m. olan avtomobil təmiri sexinin yanar konstruksiyaları, “BMW” markalı minik avtomobilinin yanar hissələri, bitişik ümumi sahəsi 20kv.m. olan birotaqlı evin və sahəsi 6 kv.m. olan yardımçı tikilinin tavanı ümumilikdə 12kv.m. sahədə, obyektin 2-ci mərtəbəsində yerləşən tikiş sexinin yanar konstruksiyaları 10kv.m. sahədə yanıb.
Obyektin, evin və yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub.