Şəkidə "Mercedes" ağaca çırpıldı, 3 nəfər yaralandı
16 avqust 2024 10:42 (UTC +04:00)

Şəkidə "Mercedes" ağaca çırpıldı, 3 nəfər yaralandı

Şəkidə maşın ağaca çırpılıb.

Lent.az xəbər verir ki, hadisə rayonu Baş Göynük kəndində baş verib. 33 yaşlı sürücü  Nöbərov Taleh Mustafa oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı ağaca çırpılıb.

Nəticədə həmin kənd sakinləri olan sürücü, həmçinin sərnişinlər 29 yaşlı Hacıəliyev Asim Bəxtiyar oğlu və 34 yaşlı Ağasıyev Elzamin Qüdrət oğlu xəsarət alıblar.

Yaralılar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480
avatar

Mehman Nəbiyev

Oxşar yazılar