İki futbolçu "Tottenhem"i rədd etdi
01 fevral 2025 18:13 (UTC +04:00)

İki futbolçu "Tottenhem"i rədd etdi

"Milan"ın mərkəz müdafiəçisi Fikayo Tomori İtaliya klubunda qalmağa qərar verib və "Tottenhem"in təklifini rədd edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, “rossoneri” daha əvvəl ingilis futbolçunu London klubuna 25 milyon avro və bonus ödənişləri qarşılığında satmağa razılaşıb.

Bu mövsüm müdafiəçi bütün turnirlərdə 21 oyunda iştirak edib və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 22 milyon avrodur.

Dünən həmçinin mətbuatda "Bavariya"nın 19 yaşlı hücumçusu Mathis Tellin də "Spurs"un düşərgəsinə qatılmaqdan imtina etdiyi barədə məlumatlar yayılıb. Futbolçunun “Tottenhem”in idman layihəsindən razı qalmadığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408

Oxşar yazılar