Xaçmazda qəribə cinayət - Ərini bıçaqlayıb, arvadını maşınla vurdu
01 fevral 2025 23:48 (UTC +04:00)

Xaçmazda qəribə cinayət - Ərini bıçaqlayıb, arvadını maşınla vurdu

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Qaraçı kəndində A. Şərifov qohumu 35 yaşlı R. Məmmədovu bıçaqlayıb.

A. Şərifov daha sonra R. Məmmədovun həyat yoldaşı 34 yaşlı S. Məmmədovanı avtomobili ilə vurub.

Yaralanan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir.

Hadisəni törədən A.Şərifovun da artıq saxlanıldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar