Ana körpəsini saç feni ilə yandırıb öldürdü
01 fevral 2025 15:15 (UTC +04:00)

Ana körpəsini saç feni ilə yandırıb öldürdü

ABŞ-da ana körpəsini saç qurutma feni ilə yandıraraq öldürüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Corciya ştatının Coveta şəhərində baş verib.

32 yaşlı Morqan Alison Kril körpəsini saç qurutma feni ilə isti saxlamağa çalışıb. Lakin qadın yuxuya gedib və səhər oyananda uşağın hərəkət etmədiyini görüb. Gələn həkimlər uşağın ürəyini masaj etsələr də, onu xilas edə bilməyiblər.

Qadın saxlanılaraq, həbs olunub. Lakin bir neçə gün sonra şərti azadlığa buraxılıb. Sonradan prokurorluq onun barəsində açılan cinayət işinə ağırlaşdırıcı hal əlavə edib. Məlum olub ki, ana hadisə baş verərkən narkotikin təsirində olub və amansızlıqla körpəsini öldürüb.

O, 1 il sonra yenidən saxlanılıb və cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar