Yüngül çəkidə keçmiş UFC çempionu, irlandiyalı döyüşçü Konor Makqreqor rusiyalı Həbib Nurməhəmmədovu təhqir edərək döyüşə çağırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, sosial şəbəkədəki səhifəsində Dağıstanlı güləşçini kök tənbəl adlandırıb.
“Dağıstan sizi sürgün hesab edir. Sən tənbəlsən deyirlər. Mənimlə döyüş, 100 milyon dollar qazan və bütün kəndinə ver. Amma etməyəcəksən. Niyə? Çünki sən kök, tənbəl, qorxaqsan”, - deyə irlandiyalı döyüşçü yazıb.
Maraqlıdır ki, bu cür səs-küylü bəyanatlardan sonra Makqreqor yazıları silib. Qeyd edək ki, o, Həbib və digər qafqazlı döyüşçülər haqqında dəfələrlə qərəzli danışıb. Onları xain və yaradıcılıqdan məhrum olan axmaqlar adlandırıb. Nurməhəmmədov İrlandiyada yüksək səviyyəli döyüşçülərin olmadığını qeyd etdikdən və bunu yoxlamaq üçün Dağıstana səfər etməyə çağırandan sonra Konor bu cür açıqlamalar verib.