Bakının Qaradağ rayonu ərazisində yerləşən 2 mağazadan 2040 manat dəyərində 6 təkərin, həmçinin bir nəfərin avtomobilindən akkumulyator və mobil telefonun oğurlanması barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 45 yaşlı Ş.Zərbəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar aparılır.