Qəbələdə AĞIR QƏZA:  1 ölü, 4 yaralı
01 fevral 2025 09:51 (UTC +04:00)

Qəbələdə AĞIR QƏZA: 1 ölü, 4 yaralı

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə yanvarın 31-də saat 20 radələrində Tövlə kəndində baş verib.

“VAZ-2106” və “VAZ-2101” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişin 67 yaşlı Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin - 49 yaşlı Müslüm Soltanov və sürücü 56 yaşlı Emin Muşdaqov xəsarət alıb. Həmçinin digər avtomobilin sürücüsü, 30 yaşlı Aqasif Qəribli və sərnişini - 23 yaşlı Elnur Cəbrayılov xəsarət alıblar.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681

Oxşar yazılar