Cinayətkar dəstənin lideri  universitet məzunu   oldu
02 fevral 2025 01:11 (UTC +04:00)

Cinayətkar dəstənin lideri universitet məzunu oldu

Beynəlxalq cinayətkar dəstənin lideri Sedat Pekerin yaşadığı Birləşmiş Ərəb Əmirliklərində universitet bitirməsinə dair məlumat yayılıb.

Lent.az xəbər verir ki, BƏƏ-də yaşayan və qırmızı bülletenlə axtarışda olan cinayətkar dəstənin lideri Sedat Peker universitetin Beynəlxalq Münasibətlər fakültəsini bitirib.

Universiteti bitirərək məzun olan Peker məzuniyyət fotosunu ailəsi ilə paylaşıb.

Sedat Pekerin oğlu Boğaçhan Talha Peker sosial media hesabında bu sözləri yazıb:

"Atamın məzuniyyət yeməyindəyik. İnşallah mən də sənin yolunu gedəcəyəm və universitetin Beynəlxalq Əlaqələr fakültəsini bitirəcəm. Səninlə çox qürur duyuram, əziz atam."

Məlum olduğu kimi 53 yaşlı Sedat Peker Türkiyədə Kadıköy İntaş Liseyində oxuyub.

Pekerin BƏƏ-də hansı universiteti bitirdiyi məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 819

Oxşar yazılar