Beyləqanda maşın kəndin adı yazılan  daşa çırpıldı, sürücü öldü
01 fevral 2025 12:30 (UTC +04:00)

Beyləqanda maşın kəndin adı yazılan daşa çırpıldı, sürücü öldü

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə yanvarın 30-da Daşburun-Yuxarı Qarabağ avtomobil yolunun Birinci Aşıqlı kəndi ərazisində keçən hissəsində baş verib.

26 yaşlı Novruzov Fuad Zaur oğlunun  "Ford Transit" markalı avtomobili idarəetmədən çıxaraq, Birinci Aşıqlı kəndinin girişini göstərən daş lövhəyə dəyib. Sürücü aldığı xəsarətlərdən yanvarın 31-də Beyləqan rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1972

Oxşar yazılar